Azərbaycan millisi qrup qalibi olub

Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Avropa zonasının Bakıda keçirilən III qrupunun oyunlarına yekun vurulub.

APA-nın məlumatına görə, son oyun günü autsayderlərin matçı ilə başlayıb. Elit-raund şansını itirənlərin duelində Monteneqro Moldova ilə qarşılaşıb. Balkanlılar 4:3 hesablı qələbə qazanıblar.

Növbəti mərhələyə vəsiqəni təmin edən Azərbaycan və Slovakiya milliləri isə qrup qalibi adı üçün mübarizə aparıblar. Matçın taleyi ikinci hissədə həll olunub.Əvvəlki iki görüşdəki qolları ilə yığmamızın qələbələrində pay sahibi olan Bolinya 30-cu dəqiqədə hesabı açıb. Ardınca Vassoura fərqi iki topa çatdırıb. Bu, yığmamıza ardıcıl 3-cü qələbə və qrup qalibi adı qazandırıb.

Qeyd edək ki, millimiz bunadək Moldovanı 3:1, Monteneqronu 3:2 hesabı ilə məğlub edib.

III tur

26 oktyabr
Monteneqro – Moldova – 4:3
Slovakiya – Azərbaycan – 0:2
Bolinya, 30, Vassoura, 35

Tarix
26 Oktyabr 2019 [21:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-26 21:48:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin