“Ağ Canavar” da dünya çempionu oldu - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, Ramal Aslanovun ardından “Ağ Canavar” ləqəbli Eduard Məmmədov (-63 kq) finalda italiyalı rəqibini məğlub edərək dünya çempionu olub.

Bu, Eduard Məmmədovun WAKO tərəfindən keçirilən dünya çempionatında ilk qızıl medalıdır. Digər finalçılarımızdan Məhəmməd İmanov və Telman Məhərrəmov isə finalda uduzaraq gümüş medalla kifayətlənib.

Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Haşimi isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi vətənə doqquz medalla (iki qızıl, iki gümüş və beş bürünc) dönəcək.

Tarix
26 Oktyabr 2019 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-26 17:33:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin