Hərbçilərin olduğu avtobus aşdı: 2-si ağır, 26 yaralı - FOTO

14:26 - 25 Oktyabr 2019 - HADİSƏ

Türkiyənin Van vilayətində hərbçilərin olduğu avtobus qəzaya uğrayıb. Ucnoqta.az xəbər verir ki, insident ötən axşam Van-Erciş avtomagistralının 30-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, Ercişdən Van istiqamətinə doğru hərəkətdə olan hərbi zirehli mülkü avtobusun təkəri partlayıb. Bundan sonra idarəetmədən çıxan avtobus yol kənarına aşıb.

Nəticədə 26 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Xəbər xətti