Ana səhifə
19 Yanvar 2018

Gənc ailələrə ev veriləcək - Azərbaycanda

Azərbaycanda gənc ailələr üçün kooperativ evlər kimi sosial yaşayış binaları tikilə və bu evlər onlara çox ucuz qiymətə kirayə verilə bilər. 

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Məlumata görə, bu, Dövlət Komitəsi tərəfindən yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsində təkliflərdən biri kimi nəzərdə tutulub.

 

Komitədən bildirilib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanan “Azərbaycan Ailəsi Strategiyası” layihəsində gənc ailələr üçün dünyada qəbul edilmiş təcrübəyə uyğun müxtəlif sosial layihələrin, proqramların həyata keçirilməsi təklif edilir. Bu proqramlar gənc ailələrə hərtərəfli dəstək verəcək, onların maddi, mənzil şəraiti və s. baxımından vəziyyətlərinin yaxşılaşmasına imkan yaradacaq.

 

Strategiyaya daxil edilən əsas məsələlərdən biri gənc ailələrin mənzil təminatının yaxşılaşdırılmasıdır.

 

Strategiya layihəsində təklif edilir ki, gənc ailələr üçün ipoteka şərtləri yüngülləşdirilsin. Bununla yanaşı, gənc ailələrə dövlətin balansında olan yaşayış binalarında ucuz qiymətə və uzun müddətə mənzillərin kirayə verilməsi təklif olunur.

Layihəyə gənc ailələrin reproduktiv sağlamlığının qorunması, ailə planlaşdırılması kimi məsələlər də daxil edilib.

 

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək. 

 

Tarix
3 Oktyabr 2014 [10:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ