Bakıda 60 yaşlı kişi kafedə döyülüb

00:19 - 24 Oktyabr 2019 - HADİSƏ

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Bıstra” kafesində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Babayev Bəylər Bədirxan oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması və burun sınığı diaqnozu qoyulub./report

Xəbər xətti