Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

21:08 - 23 Oktyabr 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tədbirini ləğv edib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, Tramp Suriyada hərbi əməliyyatlar dayandırıldığından rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməkdən vaz keçib.

“Razılaşma gözlənildiyindən də yaxşı nəticə verir”, - deyə Tramp bildirib. Trampın sözlərinə görə, oktyabrın 23-də səhər saatlarında Türkiyə hökuməti onunla əlaqə saxlayaraq Suriyada daha əməliyyatlar aparılmayacağı barədə məlumat verib. Bundan sonra Ağ Ev rəhbəri Maliyyə naziri Stiven Mnuçinə Türkiyə əleyhinə bütün sanksiyaları ləğv etməyi tapşırıb.

Xəbər xətti