Şamaxıda avtomobil aşdı, sürücü və sərnişinlər yaralandı

20:30 - 23 Oktyabr 2019 - HADİSƏ

Bakı-Şamaxı-Yevlax yolunun 113-cü km-də, Şamaxının Sabir qəsəbəsində ağır avtomobil qəzası baş verib. 

Yoldan çıxan minik maşını aşıb, nəticədə avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qəzada sürücü, Ağsu rayonu Ərəbuşağı kənd sakini, 1983-cü il təvəllüdlü Zamanov Bəhruz Məhbub oğlu, sərnişinlər, Ağsu rayon sakini 1987-ci il təvəllüdlü Qasımov Cavanşir Nizami oğlu, onun həmkəndlisi, 1982-ci il təvəllüdlü Ömərov İsmayıl Ağagül oğlu və 1969-cu il təvəllüdlü İsmiyev Malik Misir oğlu yaralanıblar.
Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /oxu.az

Xəbər xətti