İranda naməlum PUA qəzaya uğrayıb

19:51 - 23 Oktyabr 2019 - DÜNYA

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində naməlum pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.

Bunu İranın Xuzistan vilayətinin Şuştər rayonunun qubernatoru Hüseyn Pənbədanə deyib.
H.Pənbədanənin sözlərinə görə, rayonun ətrafında qəzaya uğrayan PUA-nın İrana və ya xarici ölkəyə məxsus olması bəlli deyil.

Hazırda PUA rayonun hüquq-mühafizə orqanına aparılıb və orada mütəxəssislər tərəfindən araşdırılır./trend

 

Xəbər xətti