Sumqayıtda mənzildən meyit tapılıb

16:35 - 23 Oktyabr 2019 - HADİSƏ

Sumqayıtda mənzildən meyit tapılıb.

Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Feyziyev Murad Həqiqət oğlunun meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun yüksək dozalı narkotik qəbulundan öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti