Ana səhifə
14 Noyabr 2018

Keçmiş nazirin qohumunun qətli ilə bağlı şok iddialar

Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunun qatili hələ də istintaqa cəlb olunmayıb.

 

 

Ucnoqta.az xəbər verir ki,  Axar.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları Füzuli Haqverdi oğlu İsgəndərovun qatilinin izinə düşüb, onun fotorobotu hazırlanıb. Onun gənc olduğu ehtimal edilir.

 

Amma bu vaxta qədər qatilin ələ keçməməsi sabiq naziri narahat edib. Mənbədən aldığımız xəbərdə iddia olunur ki, qatilin ölkə xaricində olması şübhələri artıb. Güman olunur ki, qatil öldürdüyü şəxsi lap əvvəldən tanıyırmış. Hətta bu şəxsin mərhumun yaxın çevrəsindən biri olduğu da istisna edilmir.

 

Məlumata görə, bu məsələdə qarət məqsədindən əlavə qisas niyyəti də ola bilər.

 

Yada salaq ki, Ə.Ələkbərovun xalası oğlunu öldürən şəxsin tapılması üçün özünün də hərəkətə keçməsini xəbər vermişdik. Bildirmişdik ki, keçmiş nazir F.İsgəndərovun düşməninin harada ola biləcəyi istiqamətində ehtimalları ilə istintaqa fəal şəkildə yardım edir.

 

İstintaqın ehtimalına görə, cinayətkar (və yaxud cinayətkarlar) avqustun 29-da qızına toy edən sabiq məmurun toyuna külli miqdarda pul yığıldığı düşüncəsində olublar.

 

Güman olunur ki, cani də onun evinə məhz qarət niyyəti ilə daxil olub, maneə ilə üzləşdiyini gördükdə isə başqa seçimi olmayıb. Odur ki, əlbəyaxa olub və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu öldürülüb. Polisin bu ehtimalı onu deməyə əsas verir ki, qatil qurbanının yaxın ətrafındakı biri olub. Hər halda, sıradan bir cinayətkar vaxtilə məmur olmuş şəxsin övladına toy etdiyini qabaqcadan öyrənə bilməzdi.

 

F.İsgəndərov Babək prospektində yerləşən evinin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Qatil onun boğazını kəsərək öldürüb və maskada olub. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub.

 

Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Süpürləşmədə qatilin maskası üzündən çıxıb. Qadın bütün qızılları və pulları verəcəyini deyib və onu öldürməməsi üçün yalvarıb. Nəticədə qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Bu da daha bir faktdır ki, qatilin maskası düşübsə, qadın onun üzünü görüb və tanıyıb.

 

Xatırladaq ki, sentyabrın 1-i Bakıda xüsusi amansızlıqla qətlə yetirilən şəhər sakini Füzuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb. Daha sonrakı dövrdə biznes fəaliyyəti ilə məşğul olub.

- See more at: http://axar.az/news/31758#sthash.W9u4j1Uf.dpuf

Tarix
11 Oktyabr 2014 [23:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin