Azərbaycanlı model: "İndi hamı özünə model deyir"

20:12 - 21 Oktyabr 2019 - Xəbər

"Türklərin bütün seriallarına baxıram. Heç birini qaçırmıram. Hər serialdan birinin yanında olmaq istəyərdim"

Buta.Ws-in bu dəfəki qonağı azərbaycanlı model Nigar Çoban və həyat yoldaşı gənc aktyor Gökhan Çoban oldu.

- Salam, Nigar xanım? Özünüz haqqında nə deyə bilərsiz?
- Dizaynerlik üzrə təhsil almışam. Hal-hazırda işləmirəm. Amma gələcəkdə lazer kursu açmaq istəyirəm. 4 aydır ki, evliyəm.

- Modelliyə nə vaxtdan marağınız yaranıb?
- 17 yaşımda başlamışam bu işə. Uşaqlıqdan həvəsim olub. Gökhanı tanıyana qədər davam etdirdim, sonra isə dayandırdım.

- Bu sahə ilə bağlı təhsiliniz varmı?
- Diplomum yoxdur. Amma kurs keçmişəm.

- Modellik çətin peşədir?
- Bəli. Xüsusilə də Azərbaycanda bu sahəyə müsbət fik yoxdur.

- Podiuma çıxarkən həyəcanınız olubmu?
- 17 yaşlarımda olub. Amma sonradan yox.

- Bəs yıxılmaq qorxusu?
- Yox. Amma, həyəcandan ayaq titrəməsi, əsməsi olub. Belə deyim, podiumda gəzərkən ən əsas olan, qarşımızdakılara gülümsəməkdir. Gözlərimizin içi gülməlidir. 

- Sizdə aktyorluq bacarığı varmı?
- Xeyr. Özümü heç vaxt aktyor kimi görməmişəm. Amma modelliyə uşaqlıqdan bəri həvəsim var.

- Əgər, Gökhan bəy və sizə baş rol təklifi gəlsə qəbul edərsiniz?
- Gökhan bəy: Mənim aktyorluqla bağlı təhsilim var, amma Nigarın yoxdur. Ona görə də, o, treninqlərdən keçməlidir, bu proyekt uğurlu olsun.  Necati Şaşmazın təhsili yoxdur. Amma, o, "Polat  Alemdar" kimi rol ərsəyə gətirib.
Bəzi insanlar da bu doğuşdan olan istedaddır. Necati Şaşmaz xarici ölkələrdə çox yaxşı təhsil alıb. Üstəlik, onun qardaşı Raci Şaşmaz da uşaqlıqdan ssenari yazmaq həvəsində olub. Belə deyək ki, insanın içində olan cövhəri çıxarmaq üçün istiqamət lazımdır.

- Başqa hansı peşələrlə məşğul olmusunuz, Nigar xanım? 
- Modelliklə yanaşı, idman mərkəzində "reception" olaraq işləmişəm.  Serial çəkilişlərinə getmişəm. Amma, direktorla bəzi söz-söhbətlərim oldu deyə, davam etdirmədim. Həmçinin butik, salon çəkilişlərinə getmişəm.

- Gələcəkdə lazer mərkəzi açmaq istədiyinizi dediniz. İş qadını olmaq istəyirsiniz? 
- Bəli.

- Bəs bizneslə bağlı təhsiliniz varmı?
- Xeyr. Sadəcə dizayn təhsili almışam. Hal-hazırda lazer təhsili aldığım üçün, gələcəkdə də, Gökhanın köməyi ilə öz işimin  üstündə durmaq istəyirəm (gülür).

- Nigar 2 ildən sonra özünü harada görür?
- Gökhan bəy: Nigar mənim həyat yoldaşım olduğuna görə, onun xarakterini, xasiyyətini hər kəsdən yaxşı mən bilirəm. O, çox yaxşı bizneslady ola bilər. Bu yolda mənim açmalı olduğum hər nə varsa açacam. İndi də kiçik bir biznesi var. Hər nə qədər maddiyat əldə edə bilməsə də.

- Maraqlıdır, bu biznes nədir?
- Online bizneslə məşğulam.

- Online satış?
- Xeyr. Tanınmış kosmetika markası ilə bağlı treninq keçirəm.

- Bəs Nigar özünü vəzifə də görürmü?
- Təbii ki. Mən qarşıma məqsəd qoymuşam. Və buna nail olacam.

- Millət vəkili ola bilərsinizmi?
- O qədər də yuxarıdan getməyim. (Gülür) Amma qarşıma məqsəd qoymuşam ki, biznes qadını olacam.

- Azərbaycan da 5 il model kimi fəaliyyət göstərmisiz.
- Bəli.

- Burda hansı modelləri peşəkar kimi görürsünüz?
- Ad çəkmək istəmirəm. Çünki indi hamı özünə model deyir.
- Gökhan bəy: İndi Azərbaycan da hamı "Instagram" modelidir. Qadın olaraq öz işinin peşəkarı kimi bu işlə məşğul olan yoxdur. Amma elə modellərimiz də var ki, bu işin təhsilini verirlər. Rüfət İsmayıl, Rüstəm Cəbrayılov, İlqar Əliyev bunlar öz işinin peşəkarıdır.

- Nigar xanım: Bütün dünya Rüstəm Cəbrayılovu tanıyır. Düzdür, "Instagram" modeli çoxdur.

- Belə deyə bilərik ki, onlar sadəcə öz səhifələrinin izləyicilərinin artmasını istəyir.
- Bəli.

- Bəzi modellər "tutuzdurmasam, soyunacam" deyir. Onların tutuzdurması üçün nə lazımdır?
- Soyunmağa heç bir ehtiyac yoxdur. Təhsilin varsa, bacaracaqsan.

- Xarici qadın modellərdən bəyəndiyiniz varmı?
- Hal-hazırda adları ağlıma gəlmir.

- Modelliyə başlayarkən ailənizdən kimsə qarşı çıxdımı?
- Anam razı olmadı. İlk günlərdə çəkilişlərə mənimlə birgə getdi. Sonradan həvəsim olduğunu görüb razılaşdı. Amma yenə də gözü üstümdə oldu.

- Nigar 2-ci dəfə dünyaya gəlsə, yenə model olardı?
- Çox çətin sual oldu. (Gülür) Bəlkə də olardı. Çünki maraqlı sənətdir. Sadəcə Azərbaycan da bu sənətə yaxşı baxılmır.

- Hansı türk filmində rol almaq istəyərdiniz? Və ya hansı aktrisanın yerində olmaq istəyərdiniz?
- Türklərin bütün seriallarına baxıram. Heç birini qaçırmıram. Hər serialdan birinin yanında olmaq istəyərdim.

- Özünüzdə aparıcılıq qabiliyyətini görürsünüzmü?
- Ailəli olmasaydım istəyərdim.
- Gökhan bəy: Azərbaycan bazarında olmaz.

- Bəs Türkiyədə?
- Orda bu işə artıq xobbi kimi yox, peşə, sənət kimi baxılır.

- Nələr çatışmır Azərbaycan da aparıcı olmaq üçün?
- Aparıcı olmaq üçün çox yaxşı diksiyanız olmalıdır. Bir yerə bağlı olmadan danışa bilməlisiz. Bunun həm fiziki, həm də psixoloji şərtləri var. Siz jurnalistsinizsə, qarşı tərəf ünvanladığınız sualın cavabına hazır olmalısınız. Bu bir bacarıq işidir.

- Siz Nigar xanımda aparıcılıq qabiliyyətini görürsünüz?
- Mən onda aparıclıq və aktrisalıq qabiliyyəti görmürəm. "Facebook" modeli ola bilər. Biz bir film çəkilişində tanış olmuşduq. İkimizə də baş rol təklifi gəlmişdi. Orda Nigarı görən kimi hər yerdə gördüyünüzə rol təklif etməyin demişdim.

- O film çəkildi?
- Bəli. Serial kimi 7-8 bölüm çəkildi. Sonra  sponsor, heyət, pul problemi oldu. Çəkilişlər dayandı.

- Filmin adı nə idi?
- "Son ümid".

- Nigar xanım, sonda nə demək istəyərdiniz?
- Nə işlə məşğul olurlarsa, o işin peşəkarı olsunlar.

Xəbər xətti