Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

16:20 - 21 Oktyabr 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.

Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.

Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib./Trend

Xəbər xətti