DSX: İran-Azərbaycan sərhədində 15 kq narkotik tutuldu- FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib.

Tarix
21 Oktyabr 2019 [15:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-21 15:58:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin