Qubada avtomobil qaçıran şəxs saxlanılıb- Foto

Qubada avtomobil qaçıran şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, oktyabrın 16-da Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

Müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.

Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Tarix
21 Oktyabr 2019 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-21 11:59:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin