Ana səhifə
15 Noyabr 2018

“Bandotdel” vəzifəli polislərlə bağlı araşdırmaya başladı

Abşeron Rayon Polis Şöbəsinin 3 vəzifəli əməkdaşı barədə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılır.

 

 

Ucnoqta.az xəbər verir ki, Axar.az-ın məlumatına görə, oktyabrın 10-da Abşeron Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, şöbənin Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılov MCMBİ-yə çağırılıblar.

 

Məlumatda qeyd olunur ki, hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər var. İctimai Təhlükəsizlik bölməsinin rəisi ilə bağlı iddialar əsasını tapmadığı üçün Zülfüqar Məmmədov dərhal azadlığa buraxılıb. Onunla bağlı araşdırmaya xitam verildiyi də bildirilir.

 

Digər 2 polis əməkdaşı da ifadələri alındıqdan sonra bu gün azadlığa buraxılsalar da, barələrində araşdırmalar davam edir.

Tarix
11 Oktyabr 2014 [23:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin