Oğuzda 58 yaşlı kişi meşədə ölüb

15:49 - 20 Oktyabr 2019 - HADİSƏ

Oğuzda 58 yaşlı kişi meşə ərazisində ağac kəsərkən ölüb.

Hadisə bu gün səhər saatlarında rayonun Xal-Xal kəndinin meşəlik ərazisində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Xanlar Ağaşirin oğlu Nəbiyev ağac kəsərkən hələ ki bilinməyən səbəbdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /report

Xəbər xətti