Şamaxıda Almaniya vətəndaşı motosikletlə qəza törədib

14:09 - 20 Oktyabr 2019 - HADİSƏ

Şamaxıda motosiklet aşıb.

Qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində baş verib. Bir neçə motosikletin olduğu karvan hərəkət edən zaman yola qoyun sürüsü çıxıb. Motosiklet sürücülərindən biri idarəetməni itirib. Nəticədə motosiklet aşıb və motosiklet sürücüsünün ayağı sınıb. Onun Almaniya vətəndaşı olduğu bildirilir. 

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti