Gəncədə inək sağıcının gözünü çıxarıb

20:04 - 19 Oktyabr 2019 - HADİSƏ

Gəncə şəhərində inək sağıcının gözünü çıxarıb. Hadisə şəhərin Ə.Cavad küçəsi ev 68 ünvanında baş verib. Oxu.Az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Əliyev Şəmşəddin Musa oğlu inək sağarkən heyvan onu vurub. Nəticədə gözündən ağır zərbə alan şəxs yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun sol gözü  amputasiya edilib.

Xəbər xətti