Şirvan və Hacıqabulda iki qadın itkin düşüb

14:16 - 19 Oktyabr 2019 - HADİSƏ

Şirvan və Hacıqabul sakinləri itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Şirvan şəhər sakini Günay Novruzova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan əlavə, Hacıqabul rayon sakini Əslanə Ablıyeva da itkin düşüb. O, oktyabrın 12-də Şirvan şəhərində qonaq gəldiyi evdən çıxaraq bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxslər barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər xətti