Sabirabadda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

12:31 - 19 Oktyabr 2019 - HADİSƏ

Sabirabadda oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti