Bakı sakinindən dörd kiloqram narkotik götürülüb

11:38 - 19 Oktyabr 2019 - HADİSƏ

Bakıda polislər narkotik satışının qarşısını alıb. 

Paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər saxlanılıb. Belə ki, narkotiklə mübarizə tədbirləri zamanı Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü B.Lətifov və əvvəl məhkum olunmuş 1986-cı il təvəllüdlü Z.Lətifov saxlanılıb.

B.Lətifovun üzərindən 171 qr, Z.Lətifovun üzərindən isə 4 kq-dan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti