Pilot havada olan təyyarənin sükanını müğənniyə verdi – VİDEO

Misirdə pilot yerli aktyora təyyarənin sükanı arxasına oturmağa icazə verdiyinə görə vəzifəsindən azad edilib. Ucnoqta.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, sərnişin qismində olan misirli aktyor - müğənni Məhəmməd Ramadanı havada olan təyyarənin sükanı arxasına keçərək hava gəmisini idarə etdiyi görülür.

Videodan sonra ölkənin Mülki Aviasiya Nazirliyi pilotun lisenziyasını ləğv edərək onun birdəfəlik uçuşlardan kənarlaşdırılmasına qərar verib.

Pilotun köməkçisi isə 1 illik işindən uzaqlaşdırılıb.

Bildirilir ki, Ər-Riyada uçan təyyarənin göyərtəsində başqa sərnişinlər də olub.

 

Namiq Musayev

 

Tarix
18 Oktyabr 2019 [19:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-18 19:55:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin