Ana səhifə
17 Noyabr 2018

Milli Şura "Müsavatı istəmir"

Milli Şura mitinqində Müsavat Partiyasının iştirakını istəmir. “Ucnoqta.az xəbər verir ki, bu barədə Müsavat funksioneri Gülağa Aslanlı Musavat.com-a bildirib. O qeyd edib ki, bununla bağlı oktyabrın 11-də Milli Şuranın sədri Cəmil Həsənli ona zəng edərək bildirib:

“Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazıranıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb”. G.Aslanlı həmçinin bildirib ki, o, Cəmil Həsənliyə bir daha bildirib ki, onlar Müsavat Məclisinin oktyabrın 11-də keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəklər.

Qeyd edək ki, MŞ oktyabrın 12-də siyasi dustaqlarla bağlı mitinq keçirəcək.

 

Tarix
11 Oktyabr 2014 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin