Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

Ukrayna “Eurovision” üçün yenilənmiş seçim qaydalarını təqdim edib. Yeni qaydalara görə, yalnız 2014-cü ildən bəri Rusiyada çıxış etməyən və yaxın gələcəkdə bunu etməyi planlaşdırmayan sənətçilər 2020-ci ildə keçiriləcək yarışmada ölkəni təmsil edə biləcəklər.

Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Zurab Alasania bildirib ki, “Eurovision”da ölkəni təmsil edən ifaçının nəinki istedadlı olmalı, eyni zamanda, məsuliyyəti tam dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini bölüşməlidir.

Beləliklə, yeni qaydalara uyğun olaraq Ukraynadan yarışmaya kimin getməyəcəyini dəqiq deyə bilərik: Verka Serdyuçka, Svetlana Loboda, Ani Lorak, İvan Dorn, MARUV, Alekseev və bir çox digər məşhur ifaçılar.

Keçən il Ukrayna, ümumiyyətlə, “Eurovision”a qatılmayıb.

Ukrayna milli seçim turunda izləyicilərdən maksimum bal toplayaraq, qalib gələn MARUV Rusiyaya qastrol səfərləri səbəbindən təzyiqlərə məruz qaldığını, “Eurovision”dan imtina etdiyini bildirmişdi.

MARUV İctimai Televiziya ilə müqavilə imzalamaqdan boyun qaçırmışdı. Onunla yanaşı, digər ifaçılar da müsabiqəyə getməkdən imtina etmişdilər./oxu.az

Tarix
18 Oktyabr 2019 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-18 10:05:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin