Ana səhifə
23 May 2018

“Sony” yeni “4K” televizorlar təqdim edib

Yaponiyanın “Sony” şirkəti Las-Veqasda keçirilən “Consumer Electronics Show 2015” (CES) istehlak elektronikası sərgisində 43-75 düym diaqonallı ekrana malik “4K” formatlı televizorlar nümayiş etdirib.

 

 

Ucnoqta.az xəbər verir ki, mincom.gov.az –ın yazdığına görə, “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər yaxşılaşdırılmış səs sistemi və təkmilləşdirilmiş “X1” təsvir emalı prosessoru ilə seçilir.

 

Yaponiya istehsalçısının televizorları mikrofonla təchiz edilən pultla tədarük edilir. Mikrofon qurğunu səslə idarə etmək üçün nəzərdə tutulub.

 

Bundan başqa, yeni “Sony” televizorları dizaynı və nazikliyi ilə fərqlənir. Məsələn, qabaqcıl “X940C” modelinin qalınlığı cəmi 4,9 mm təşkil edir ki, bu da “iPhone 6” smartfonundan nazikdir. Satışına yazda başlanılacaq televizorların qiyməti hazırda məlum olmasa da, onların qiymətinin yüksək olacağı ehtimal edilir.

 

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin üçüncü rübündə bazara çıxarılan “4K” formatlı televizorlar 3840х 2160 piksel yüksək təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” formatlı modellərin təsvir ölçüsündən 4 dəfə çoxdur. “IHS” analitik şirkətinin qiymətləndirməsinə görə, 5 ildən sonra “UHD” televizorların tədarükü 24 milyon ədədə çataraq buraxılan ümumi televizorların həcmində payı 10 faiz təşkil edəcək

 

Tarix
7 Yanvar 2015 [20:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin