Ana südü ilə bağlı proqram hazırlanır

Azərbaycanda ana südü ilə bağlı UNİSEF və Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya tərəfindən geniş proqram hazırlanır.

Bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.
Onun sözlərinə görə, anaların südlə qidalandırmaq sahəsində bilikləri yetərincə deyil. Buna görə də tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır.

Baş neonatoloq Azərbaycan xəstəxanalarında yenidoğulanlara həyatlarının ilk saatlarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: "Bu, Azərbaycanda nadir hallarda baş verir. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani-Kərim"də də deyilib, tibb də bəyan edir ki, uşaqlara iki il ana südü verilməlidir".

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: "Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər"./trend

 

Tarix
17 Oktyabr 2019 [10:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-17 10:53:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin