Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

21:22 - 15 Oktyabr 2019 - HADİSƏ

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

Hadisə Su İdmanı Sarayının yaxınlığında baş verib. Belə ki, minik avtomobili əks istiqamətdə hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Hyundai"da olan sərnişin - 2000-ci il təvəllüdlü Qasımova Əfsanə Məmməd qızı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti