Bərdədə kütləvi ZƏHƏRLƏNMƏ — 1 ailənin 5 üzvü xəstəxanalıq oldu

15:37 - 13 Oktyabr 2019 - Xəbər

Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bərdə rayonunun Qarağacı kənd sakini olan 2007-ci il təvəllüdlü Abbasova Fatimə Yavr qızı, 2008-ci il təvəllüdlü Abbasova Nigar Yavər qızı, 2010-cu il təvəllüdlü Abbasov Nihad Yavər oğlu, 2012-ci il təvəllüdlü Abbasova Zəhra Yavər qızı və 2015-ci il təvəllüdlü Abbasov Əli Yavər oğlu qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin araşdırmalar zamanı uşaqların kartofdan zəhərləndiyi üzə çıxıb. Uşaqlara tibbi yardım göstərilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır./olke.az

Xəbər xətti