Bakıda avtomobil ər və arvadı vurub

22:59 - 11 Oktyabr 2019 - HADİSƏ

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1933-cü il təvəllüdlü Əliyev Əli Qadın oğlu və onun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Əliyeva Mina Saleh qızını vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Əliyevə döş qəfəsinin küt travması, M.Əliyevaya isə sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub./report

Xəbər xətti