Bakıda Meksika səfirinin sürdüyü avtomobil qəzaya düşüb

16:33 - 11 Oktyabr 2019 - HADİSƏ

​Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.
Hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.
Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti