Ağsuda kişi su quyusuna düşüb öldü

15:14 - 11 Oktyabr 2019 - HADİSƏ

Ağsuda kişi su quyusunda boğulub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Kalva kəndində qeydə alınıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti