Bakıda qadın avtomobilin altına düşərək ölüb

13:25 - 11 Oktyabr 2019 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və həmin şəxs zərbədən qarşıdan gələn Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşüb.
Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rrayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır./report

 

Xəbər xətti