Bakıda sürücü icarəyə götürdüyü avtomobili səkiyə çırpdı – FOTO

08:46 - 11 Oktyabr 2019 - HADİSƏ

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza “Beş mərtəbə” adlanan ərazidə, Azərbaycan Dövlət Dram Teatrının yaxınlığında qeydə alınıb.. Ceyhun Quliyev icarəyə götürdüyü “Kia Optima” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydasını kobud şəkildə pozub. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq “Qış parkı” ətrafındakı yolun səkisinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, zərbənin gücündən avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə əlaqədar olaraq əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Fakt üzrə araşdırma aparılır. /oxu.az

Xəbər xətti