Samux və Ağcabədidə qaz təchizatı dayandırılacaq

Oktyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq.

Bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.
Oktyabrın 10-da saat 14:00-dan etibarən isə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq./trend

 

Tarix
10 Oktyabr 2019 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 10:11:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin