Madonna konsertini təxirə saldı - Dizi zədələnib

15:27 - 9 Oktyabr 2019 - MAQAZİN

Dünya şöhrətli müğənni Madonna Nyu-Yorkdakı şousunu təxirə salmağa məcbur olub. Ulduz dizindəki zədəyə görə səhnəyə çıxa bilməyəcəyini deyib.

Müğənninin saytında dizindəki zədə ilə bağlı onun yataq rejimində olmasının vacibliyi qeyd edilib. Konsertə bilet alanların isə şounun yeni tarixi ilə bağlı məlumatları izləməsi tövsiyə olunub.
Qeyd edək ki, müğənninin "Madame X" konserti oktyabrın 10 və 12-i olmalı idi./trend

 

Xəbər xətti