İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

14:08 - 8 Oktyabr 2019 - HADİSƏ

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.

Hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti