Bakıda polislər yol qəzasına düşdü- xəsarət alan var

11:38 - 8 Oktyabr 2019 - HADİSƏ

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü “Hyundai”la toqquşub.

Hadisə zamanı “Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub.
Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti