Tovuzda 39 yaşlı kişi qoz ağacından yıxılıb öldü

21:43 - 7 Oktyabr 2019 - HADİSƏ

Tovuz sakini ağacdan yıxılıb ölüb.

Hadisə rayonun Öysüzlü kəndində baş verib. Kənd sakini, 1980-cı il təvəllüdlü Qasımov Mehman Yunis oğlunun meyiti kənd ərazisindəki qoz bağında tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, M. Qasımov həmin bağda qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti