Ana səhifə
24 Aprel 2018

Mikayıl Cabbarov əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb. 
 

 

"Ucnoqta.az" Nazirliyin saytına istinadən xəbər verir ki, “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.

 

Tarix
3 Oktyabr 2014 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ