“CinemaPlus” kinoteatrında anşlaq: “Joker” filmi izdiham yaratdı- Video

17:06 - 7 Oktyabr 2019 - MAQAZİN

"CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən “Joker” filminin təqdimatı izləyicilərin böyük marağına səbəb olub.

Psixoloji triller janrında lentə alınan, Todd Fillipsin ərsəyə gətirdiyi bənzərsiz ekran işində baş rolları Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları ifa edib.
Filmdə hadisələr 1980-ci ildə baş verir. Ekran işində çox uğursuz həyat hekayəsi olan bir insandan bəhs edilir. Artur Flekin ciddi zehni problemləri var. O, kortəbii, səbəbsiz gülüşdən əziyyət çəkir. Bundan əlavə, Artur yoxsulluq həddində yaşayır, hər gün yaşamaq üçün mübarizə aparır. Komediyaçı olmağı xəyal edən bir qəhrəman, özü kimi, meqalomiyadan əziyyət çəkən anasına qayğı göstərməyə məcbur olur.

Təəssüf ki, Flek zənginlərin zənginləşdiyi və kasıbların kasıblaşdığı Gotem şəhərində yaşayır. Artur Gotemin ən varlı sakini Tomas Ueynin nikahdankənar övladı olduğunu biləndə Flekin fikirləri daha da qarışır. Nəticədə Artur bir neçə qəddar cinayətə əl atır, narkotik qəbul etməyi dayandırır və Gotemda iğtişaşlar törədir, bu müddət ərzində Tomas Ueyn də daxil olmaqla, bir neçə varlı ölür. Ümüdlərinin puç olduğunu görən kloun məhv etməklə psixoloji rahatlıq axtarışına çıxır.

Ağır və psixoloji triller olmasına rəğmən, filmin ilk kadrlarından sonuna kimi gözlərinizi bir saniyə belə olsun, ekran çəkə bilməyəcəksiniz. Möhtəşəm əsərdə yer alan aktyorların peşəkar oyunu, göz oxşayan məkanlar və rəngarəng kadrlar filmi daha da baxımlı edib.
Hazırda ölkənin bir nömrəli kinoteatrında nümayiş olunan “Joker”ə izləyicilərin marağı olduqca yüksəkdir. Biletləri kosmik sürətlə satılan filmə tamaşaçılar böyük həvəs göstərirlər.

Hər gün anşlaqla keçən ekran işini izləməyə siz də dəvətlisiniz. Odur ki, əziz kinosevərlər və film həvəskarları, “Joker” filmini yüksək keyfiyyətdə izləyib, əsərdə baş verən ağlasığmaz hadisələrin şahidi olmaq istəyirsinizsə, yolunuzu hər zaman sizin qarşınıza xoş sürprizlərlə və kino dünyasında olan ən son premyeralarla sevindirən “CinemaPlus” premium kinoteatrından salın! 


Xəbər xətti