Ayı 50 yaşlı qadını parçalayıb yedi

10:01 - 7 Oktyabr 2019 - HADİSƏ

Rusiyada ayı 50 yaşlı qadını parçalayaraq yeyib.Hadisə Baykalda Xiloksk rayonunda qeydə alınıb.

Vilayətin vahid dispetçer xidmətindən hadisə ilə bağlı verilən xəbərdə deyilir ki, Terepxen kəndindən 100 kilometr aralıda 1969-ci il təvəllüdlü kənd sakininin meyiti aşkar edilib. Meyitin baş nahiyəsi parçalanıb, sağ əli isə qopub.
Hadisə yerində araşdırma qrupu təhlillər aparır.
Rayon administrasiyasından qadının ayının hücumu nəticəsində öldüyü bildirilib. Son dövrlər vəhşi heyvanların kənd ətrafına gəlməsi hallarının artdığı da qeyd edilir./trend

 

Xəbər xətti