Macarıstan yığması Azərbaycan millisi ilə oyundan öncə itkilərlə üzləşib

Macarıstan yığması AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya ilə oyunlar ərəfəsində itkilərlə üzləşib.

Komandanın heyətində Avstriya "Zaltsburq"unda çıxış edən Dominik Soboslai və "Zalegerseq"də oynayan Kristian Tamaş zədələnib. Hər iki oyunçu bu səbəbdən yığmanın toplanışına qatıla bilməyib.
Soboslai belindəki problemə görə Avstriyada "Altax"a qarşı görüşü buraxıb, Tamas isə bazar günü tibbi müayinədən keçib və 24 yaşlı müdafiəçinin heyətdən çıxarılması məqsədə uyğun hesab olunub. Bu oyunçuların yerinə "Debretsen"in formasını geyinən Yanoş Ferentsi komandaya cəlb olunacaq və bu gündən məqşlərə qoşulacaq.

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq. /report

 

Tarix
7 Oktyabr 2019 [09:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-07 09:57:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin