Bakıda ağır yol qəzası baş verib, 11 nəfər xəsarət alıb

09:47 - 7 Oktyabr 2019 - HADİSƏ

Bakıda ağır yol qəzası baş verib. 

Hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: "İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur"./report

 

Xəbər xətti