Ərdoğan: "Trampın ətrafı Suriya ilə bağlı tapşırıqları yerinə yetirməyib"

16:52 - 6 Oktyabr 2019 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ağ Evin rəhbəri Donald Trampın ətrafı ABŞ liderinin Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı tapşırıqları yerinə yetirməyib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Dövlət başçısı qeyd edib ki, o, təhükəsizlik zonasının əhatə edə biləcəyi əraziləri ABŞ-ın sabiq prezidenti Barak Obama şəxsən göstərib. Sonra yeni prezident Donald Tramp da həmin nəticəyə gəlib. ABŞ prezidenti qoşunların çıxarılması haqqında məsələ qaldırıb.
"Ancaq ətrafı onun tapşırıqları yerinə yetirmir", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Xəbər xətti