Zaqatalada polis əməliyyat keçirdi, silahlı şəxs yaxalandı

16:13 - 6 Oktyabr 2019 - HADİSƏ

Zaqatalada polis əməliyyat keçirib.

 Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti