Yağış və sel İranın bu vilayətini iflic edib

12:05 - 6 Oktyabr 2019 - DÜNYA

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar və çayların daşması nəticəsində vilayətin cənubunda yeddi istiqamətin yolu bağlanıb.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.
Ə.Şəhnəvazinin sözlərinə görə, vilayətin Qəsrqənd rayonunun 40 kəndi ilə əlaqə yolları hələ də bağlıdır.
Şəhnəvazi əlavə edib ki, indiyədək bu rayonun 27 kəndində 81 ailəyə yardım edilib./trend

Xəbər xətti