Bakıda gənc qızı döyüb telefonunu əlindən alıblar

09:11 - 6 Oktyabr 2019 - HADİSƏ

Bakının Nərimanov rayonunda gənc qıza qarşı cinayət törədilib. APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb. Belə ki, Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyüblər. Onlar daha sonra zərərçəkmişin mobil telefonunu da alıblar. N.Musazadə baş vermiş hadisə ilə bağlı polisə məlumat verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti