Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum oldu

14:16 - 5 Oktyabr 2019 - HADİSƏ

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 5-də saat 1 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti