Erməni əsgər Azərbaycanla sərhəddə yaralandı

12:23 - 5 Oktyabr 2019 - HADİSƏ

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi qulluqçu Armen Çaxmaxçyan yaralanıb.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, hadisə Tavuş rayonunun Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verib.
Çiynindən yaralanan əsgər hospitala aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, A.Çaxmaxçyan müqaviləli şəkildə hərbi xidmət keçirmiş./oxu.az

Xəbər xətti