Şəkidə 34 yaşlı qadın özünü bıçaqladı

09:20 - 5 Oktyabr 2019 - HADİSƏ

Şəkidə yıxılan qadın bıçaq yarası alıb. 

Hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb.
G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb.
Fakt araşdırılır./oxu.az

 

Xəbər xətti